PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi futbolçunun gələcəyinin mövsümün sonunda müəyyənləşəcəyini bildirib.
“Növbəti mövsüm üçün heç bir klubla razılaşdırılmış heç nə yoxdur. Mövsümün sonunda qərar verəcəyik. Heç nə imzalanmır, razılaşdırılmır, şifahi razılaşdırılmır. Yalnız Leo adından istifadə edilən saxta xəbərlər yayılır”, - futbolçunun atası sosial şəbəkələrdə yazıb.
Dünən məlum olub ki, Messi Səudiyyə Ərəbistanından rekord təklif alıb. Argentinalı fovrardın yay transfer pəncərəsində “Əl-Hilala” keçəcəyi və klubunun dəyişdirilməsinin artıq “həll edilmiş məsələ” olduğu da bildirilib.
Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. Parislilərin rəhbərliyi futbolçu ilə müqaviləni yeniləmək fikrində deyil.
“Barselona”ya qayıtmaq potensial variantdır, lakin bu gediş maliyyə vəziyyətinə görə Kataloniya klubu üçün çox problemli olacaq.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.