PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçmək qərarına gəlib.
Lent.az bildirir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı 2023-cü ilin yayında yeni komandaya gedəcək. Klub həmçinin Messinin "Barselona"dakı keçmiş komanda yoldaşları müdafiəçi Jordi Alba və yarımmüdafiəçi Serxio Busquets ilə də müqavilə imzalayacaq.
Bundan əvvəl futbolçunun qəfil Səudiyyə Ərəbistanına səfəri barədə məlumat yayılmışdı. Argentinalının bu ölkədə turizm biznesinin səfiri olduğu məlum olsa da, onun səfərinin məqsədi açıqlanmayıb.
Yeri gəlmişkən, mətbuat dəfələrlə yazıb ki, “Əl-Hilal” Messini dəvət etmək üçün əlindən gələni edir, çünki “Əl-Nasr” daha əvvəl Kriştiano Ronaldo ilə müqavilə imzalamışdı. “Əl-Hilal” argentinalıya mövsümə 400 milyon avro maaşla müqavilə təklif edib.