“Barselona”nın baş məşqçisi Xavi Ernandes PSJ-nin hücumçusu Lionel Messi ilə daim əlaqə saxlayır.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Laya Tudel Prades məlumat verib.
Jurnalistin sözlərinə görə, Messi tez-tez Xaviyə kluba qayıtmaq istədiyini deyir:
“Həmçinin, oyunçu və məşqçi tez-tez “Barselona”da komanda, oyunlar, ab-hava və soyunub-geyinmə otağından danışırlar. Messi özü kluba qayıtması ideyasını təbliğ edir.
Eyni zamanda, Messi tez-tez Xavi ilə “Biz qalib gəldik”, “Yaxşı oynadıq” kimi xatirələrini bölüşürlər”.
Xatırladaq ki, əvvəllər onlar bir neçə il komanda yoldaşı olublar.