Messi ilə  danışıqlar dayandırıldı:   PSJ-dən gedəcək
03 may 2023 12:09 (UTC +04:00)

Messi ilə danışıqlar dayandırıldı: PSJ-dən gedəcək

PSJ-nin hücumçusu Lionel Messinin komandadan ayrılacağı ehtimalı var. 

Lent.az bildirir ki, bu barədə nüfuzlu “L'Équipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Paris nəhənginin bossları futbolçu ilə iyunun 30-da başa çatacaq müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırıb.

Rəhbərliyin belə bir qərarı futbolçunun Səudiyyə Ərəbistanına icazəsiz getməsindən sonra verdiyi qeyd olunur.

Daha əvvəl futbolçunun bu hərəkətinin komandada səs-küyə səbəb olduğu və hadisə ilə PSJ-nin prezidenti Nasser Al-Xelaifinin şəxsən məşğul olduğu bildirilirdi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1233
avatar

Oxşar yazılar