Argentina milli futbol komandasının kapitanı Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferə razılaşıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ərəb klubu argentinalı futbolçuya illik 400 milyon avro təklif edib.
Məlumata görə, Fransanın PSJ klubu ilə müqaviləsi başa çatmaqda olan futbolçu “Əl-Hilal”ın çox səxavətli təklifini qəbul edib.