"Barselona" Lionel Messinin PSJ-dən qayıtması üçün strategiya hazırlayıb.
Lent.az xəbər verir ki, ilk növbədə, "Barselona" La Liqa ilə görüşərək maaş limiti məsələsini müzakirə etmək niyyətindədir. Kataloniyalılar liqanın müəyyən etdiyi limitlərə uyğunlaşmaq üçün maaşları azaltmaq və oyunçuları satmaq planını təqdim etmək istəyirlər.
La Liqa Messinin mümkün gəlişini nəzərə alaraq "Barsa"nın planını təsdiqləsə, blauqrana Argentina təmsilçisi ilə danışıqlara başlayacaq.
Bundan əlavə, "Barselona" hücumçunun nəhayət ki, PSJ ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dayandırmasını gözləyir. Belə olanda Messiyə bir illik müqavilə təklif olunacaq. Qeyd olunur ki, maliyyə təklifi “astronomik” olmayacaq.