Argentinalı hücumçu Lionel Messi "Barselona"ya keçərkən maaşını üç dəfə azaltmağa hazır olduğunu bildirib.
Lent.az bildirir ki, bu barədə RMC Sport məlumat yayıb.
Nəşrin məlumatına görə, Kataloniya komandasında hücumçu ildə təxminən 10 milyon avro qazanacaq. İnsayder Fabrizio Romanonun “Twitter”də yazdığına görə, argentinalı PSJ- də mövsümə təxminən 35 milyon avro qazanır.
Martın 18-də Messinin “Barselona”ya qayıtmaq niyyətindən yazılıb. Daha sonra La Liqanın prezidenti Xavyer Tebas komandanın hazırkı iqtisadi vəziyyəti ilə hücumçunun Kataloniya klubu ilə müqavilə bağlaya bilməyəcəyini bildirib. Tebas ümid etdiyini bildirib ki, argentinalı karyerasını İspaniyada bitirəcək, lakin bunun üçün Messi maaşının azaldılmasına razı olmalıdır.
Messi 2021-ci ilin avqustunda parislilərlə müqavilə imzalayıb. Bundan əvvəl o, karyerası boyunca "Barselona"da oynayıb, onunla on dəfə İspaniya çempionu olub və dörd dəfə Çempionlar Liqasının qalibi olub.