“Fənərbaxça”nın yarımmüdafiəçisi Emre Mor klubdan ayrılır.
Lent.az Türkiyə mediasına istinadla bildirir ki, futbolçu ilə İtaliyanın “Torino” və “Boloqna” klubları maraqlanır. Məlumata görə, hələlik bu komandalar Emre Moru icarə əsasında heyətə cəlb etmək istəyir.
İtaliya klublar futbolçu üçün 9-10 milyon avro təklif edirlər.
Qeyd edək ki, Emre Mor “Fənərbaxça”nın formasında 34 oyunda iştirak edib. 25 yaşlı futbolçu bu oyunlarda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.