Məhkəmədən  zorlamaqa ittiham olunan   futbolçu ilə bağlı YENİ QƏRAR
10 may 2023 10:25 (UTC +04:00)

Məhkəmədən zorlamaqa ittiham olunan futbolçu ilə bağlı YENİ QƏRAR

Barselona məhkəməsi “Barselona”nın və Braziliya milli komandasının keçmiş futbolçusu Dani Alveşin vəkilinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbol tarixində ən çox mükafat alan oyunçu cinsi təcavüzdə ittiham olunur. Müdafiə tərəfi Dani Alveşin 1 milyon dollar girov müqabilində azadlığa buraxılmasını təklif edib, lakin məhkəmə futbolçunun qaça biləcəyini hesab edib, ona görə də işə baxılana qədər onu həbsdə saxlayıb.

İdmançı bu ilin yanvarında həbs edilib və bu müddət ərzində iş üzrə bir neçə dəfə ifadəsini dəyişib. Braziliyalının bir müddət əvvəl formasını geyindiyi Meksikanın “Pumas” klubu müqaviləsini ləğv edib. Alvesin həyat yoldaşı Joana Sanz yanvar ayında boşanmaq üçün məhkəməyə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470
avatar

Oxşar yazılar