İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah yeni rekorda imza atıb.
Lent.az xəbər verir ki, misirli futbolçu buna Premyer Liqanın 31-ci turunda “Lids”lə oyunda dubl edərək nail olub.
Salah komandasının 6:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hər iki qolu sol ayaqla vurub. Bununla o, Premyer Liqada sol ayaqla vurduğu qolların sayını 107-yə çatdıraraq, “Liverpul”un sabiq forvardı Robbi Faulerə məxsus (105) rekordu yeniləyib.
Qeyd edək ki, “Liverpul” hazırda 47 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.