Maradonanın xatirəsinə  həsr olunan oyun keçiriləcək
27 oktyabr 2021 03:12 (UTC +04:00)

Maradonanın xatirəsinə həsr olunan oyun keçiriləcək

“Barselona” və “Boka Xuniors” arasında yoxlama görüşü keçiriləcək.

Apasport.az saytının məlumatına görə, oyun dekabrın 14-də baş tutacaq.

Qarşılaşma hər iki klubun formasını geyinmiş əfsanəvi Dieqo Maradonanın ölümünün birinci ildönümünə həsr olunacaq. Xatirə matçı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “Mrsool Park” stadionunda təşkil ediləcək.
Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında ürək çatışmazlığından vəfat edib. O, 1981-82 və 1995-97-ci illərdə “Boka Xuniors”un, 1982-84-cü illərdə isə “Barselona”nın formasını geyinib.

# 2772
avatar

Oxşar yazılar