Əfsanəvi futbolçu Diego Maradonanın mirası üçün əsl müharibə baş verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 16 qohum bir anda argentinalının varidatının bir parçasına iddia edir.
Mənbənin məlumatına görə, Maradonanın karyerası zamanı 500 milyon dollardan çox qazanmasına baxmayaraq, indiki mirası 40 milyon dollar olaraq qiymətləndirilir.
Bunların arasında Buenos Ayresdən Dubaya qədər olan beş ev, milyonlarla dollarlıq müqavilələr və qiymətli kağızlar, lüks avtomobillər kolleksiyası, habelə Belaruda ona hədiyyə edilən 300 min avro dəyərində bir almaz üzük də daxil olmaqla zərgərlik kolleksiyası var.
2012-ci ildə Maradona vəsiyyət edib, lakin dörd il sonra nəsillərinə heç bir şey qoymayacağını, bütün sərvətini bağışlayacağını bildirərək vəsiyyəti ləğv edbi. Buna baxmayaraq, 16 qohumu məşhurun mirası üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Dünya futbolunun əfsanəsi noyabrın 25-də 60 yaşında vəfat edib.