Seneqallı hücumçu Sadio Mane Premyer Liqaya qayıda bilər.
Lent.az bildirir ki, insayder Ekrem Konurun sosial şəbəkədə verdiyi məlumata görə, 31 yaşlı futbolçunun xidmətində "Nyukasl" maraqlıdır. Klub bu mövsümün sonunda Çempionlar Liqasına düşmək üçün mübarizə aparır.
Daha əvvəl mətbuatda Sadio ilə "Çelsi"nin maraqlandığı barədə məlumat yayılmışdı. Artıq hər iki klub "Bavariya"nın futbolçusu ilə əlaqə saxlayır.
Bu mövsüm Mane 22 oyun keçirib və bu oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.