“Mançester Yunayted”in TARİXİNƏ DÜŞDÜ:  Kantonaya çatdı
28 dekabr 2022 18:39 (UTC +04:00)

“Mançester Yunayted”in TARİXİNƏ DÜŞDÜ: Kantonaya çatdı

"Mançester Yunayted"in hücumçusu Markus Reşford klub tarixində İngiltərə Premyer Liqasında ən çox qol vuran səkkizinci oyunçu olub.

25 yaşlı hücumçu Premyer Liqanın 17-ci turunda “Nottingem Forrest”ə qarşı oyundada (2:0) qol vurub, bu qol "qırmızı şeytanlar" üçün liqada ingilis üçün 64-cü qol olub. Bu göstəriciyə görə o, fransalı hücumçu Erik Kantonaya çatıb. Reşforddan yuxarıda Ueyn Runi (183 qol), Rayan Giqqz (108), Pol Skoulz (107), Kriştiano Ronaldo (103), Rud van Nistelroy (95), Endi Koul (93) və Ole Qunnar Sulşer (91) yer alıb.

Qeyd edək ki, Reşford “Mançester Yunayted” akademiyasının yetirməsidir. O, 2016-cı ildən əsas komandada çıxış edir. Hücumçu "Yunayted"lə birlikdə İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, FA Super Kubokunu və Avropa Liqasını qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar