“Mançester Yunayted”də baş məşqçi postuna  NAMİZƏDLƏR
24 yanvar 2022 13:44 (UTC +04:00)

“Mançester Yunayted”də baş məşqçi postuna NAMİZƏDLƏR

“Mançester Yunayted”in baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi 4 mütəxəssis arasında seçim edəcək.

Hazırda komandaya rəhbərlik edən müvəqqəti baş məşqçi Ralf Ranqnik mövsüm başa çatan kimi klubda digər vəzifəyə keçəcək. Bu üzdən “Mançester Yunayted” rəhbərliyi onu əvəzləyəcək baş məşqçi axtarışlarını sürətləndirib. Namizədlər siyahısında Maurisio Poçettino (PSJ), Erik Ten Haq (“Ayaks”), Luis Enrike (İspaniya yığması) və Xulen Lopeteqi (“Sevilya”) yer alıb.

Qeyd edək ki, Ranqnik Ole-Qunnar Sulşerin istefasından sonra boş qalan posta mövsümün sonunadək müvəqqəti təyin olunub.

# 1860
avatar

Oxşar yazılar