“Mançester Siti” İngiltərə komandaları arasında Çempionlar Liqasında turnirin ev matçlarında məğlubiyyətsizliyə görə rekorda imza atıb.
Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Siti” öz meydanında “Bavariya”nı 3:0 hesabı ilə məğlub edib. Qolları Rodriqo Hernandes (27-ci dəqiqə), Bernardo Silva (70) və Erlinq Haaland (77) vurub.
Bu matç Xose Qvardiolanın yetirmələri üçün Çempionlar Liqasında “Mançester Siti” Stadionunda uduzmadıqları ardıcıl 25-ci qarşılaşma olub.
Cavab oyunu aprelin 19-da Münhendə keçiriləcək.
Çərşənbə günü, aprelin 12-də daha iki 1/4 final oyunu keçiriləcək: “Real Madrid” “Çelsi”ni qəbul edəcək, “Milan” isə öz evində “Napoli” ilə qarşılaşacaq.