Mahir Emreli yığmanın heyətindən kənarlaşdırıldı
20 mart 2023 04:24 (UTC +04:00)

Mahir Emreli yığmanın heyətindən kənarlaşdırıldı

0

Futbol üzrə Azərbaycan millisinin üzvü Mahir Emreli yığmanın heyətindən kənarlaşdırılıb.

Lent.az xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Konyaspor" klubunun üzvü M.Emreli zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında və “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində bu ay keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

Millimiz martın 24-də Avstriya, üç gün sonra isə İsveç yığması ilə qarşılaşacaq. Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2267

Oxşar yazılar