Luis Suaresdən həmyerlisinə  MƏSLƏHƏT:   “Mənim kimi..."
19 avqust 2022 18:42 (UTC +04:00)

Luis Suaresdən həmyerlisinə MƏSLƏHƏT: “Mənim kimi..."

Uruqvayda “Nasional” klubunun formasını geyinən Luis Suares sabiq komandası “Liverpul”un yeni transferi olan həmyerlisi Darvin Nunyes barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bildirib ki, Nunyeslə artıq söhbət edib, ona məsləhətlərini verib.

O, Premyer Liqanın II turunda “Kristal Pelas”la (1:1) matçda qırmızı vərəqə alan 23 yaşlı forvarda özünü nümunə göstərib: “Bu yaşda “Liverpul”da olması alqışalayiqdir. “Kristal Pelas”la görüşdə başına gələn ona dərs olmalıdır. Hələ yeni başlayır, əvvəllər nə edibsə, indi onun 2-3 qat artığını etməlidir. Bu tövsiyə ona bir axmaqdan gəlir. Mən də zamanında pis dönəmdən keçdim, düşdüm, amma sonra qalxmağı bacardım. O da mənim kimi axmaq olmasın”.

Qeyd edək ki, Luis Suares 2011-2014-cü illərdə “Liverpul”un formasını geyinib.

# 1416
avatar

Oxşar yazılar