“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandaya qayıtdıqdan sonra azarkeşlərə müraciət edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni baş məşqçi müraciətində qayıdışına sevinənlərə minnətdar olduğunu deyib:
“Mənim qayıdışıma sevinənlərə çox minnətdaram. Kimsə xoşbəxt deyilsə, bilsin ki, komandanı istədiyim yerə çatdırmaq üçün əlimdən gələni edəcəyəm və onlara fəxr edəcəkləri bir komanda verəcəyəm.
Mən burada 13 il oynadım, məşq etdim, çoxlu inanılmaz və çətin anlar yaşadım. Lakin uzun illər əvvəl kluba qoşulduğum üçün o, həmişə mənim üçün böyük dəstək olub və buna görə sonsuza qədər minnətdaram”
Aprelin 6-da London klubu Lempardın mövsümün sonuna qədər baş məşqçi təyin olunduğunu açıqlayıb.
4 iyul 2019-cu ildən Lempard keçmiş komandası “Çelsi”nin baş məşqçisi vəzifəsini icra edib və üç illik müqavilə imzalayıb. O, 2001-2014-cü illərdə “Çelsi”də oynayıb.
2021-ci il yanvarın 25-də klub rəhbərliyi mütəxəssisin qovulduğunu açıqlayıb. “Mavilər”in məşqçisi kimi o, 84 oyuna çıxıb, 44 qələbə qazanıb.