Frenk Lempard "Çelsi"nin sükanı arxasında uğursuz nailiyyətə imza atıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, keçmiş əfsanəvi futbolçu ikinci dəfə London komandasına rəhbərlik etdiyi vaxtdan hər oyunda məğlub olub.
Xatırladaq ki, yeni keçmiş baş məşqçinin rəhbərliyi altında “mavilər” Premyer Liqada “Vulverhempton” (0:1) və “Brayton”a (1:2), həmçinin Çempionlar Liqasında iki dəfə “Real”a (0:2, 0:2) uduzub. . Bu, ingilis mütəxəssisə klubun yeni antirekordunu yazmağa imkan verib.
“The Athletic”in yazdığına görə, “Çelsi”nin bütün 118 illik tarixində komandanın başında ilk dörd oyunda məğlub olmağı bacaran bir məşqçi olmayıb. Bu, Lempardın ikinci gəlişinə qədər idi.
Xatırladaq ki, aprelin 6-da Frenk Lempard qovulmuş Qrem Potterin yerinə müvəqqəti “Çelsi”nin baş məşqçisi olub.