Komanda yoldaşına  kəllə atmaq   Maneyə baha başa gəldi
19 aprel 2023 17:58 (UTC +04:00)

Komanda yoldaşına kəllə atmaq Maneyə baha başa gəldi

Sadio Manenin Çempionlar Liqasında “Mançester Siti” ilə oyunundan sonra səbirsizliyi sözün həqiqi mənasında ona baha başa gəlib.

Lent.az xəbər verir ki, o zaman seneqallı hücumçu "Bavariya"dakı oyunçu yoldaşı Leroy Sane ilə mübahisə edib, bundan sonra soyunub-geyinmə otağında münaqişə zamanı alman cinah oyunçusunun üzünə zərbə endirib və dodağını əzib.

Bundan sonra komanda rəhbərliyi hücumçunu məşqdən uzaqlaşdırıb. “Hoffenhaym”la çempionatın son oyununda Afrikanın ən yaxşı futbolçusu iştirak etməyib.

Lakin aqressiv futbolçunun cəzası bununla bitməyib. "Bild"in məlumatına görə, "Bavariya" rəhbərliyi futbolçunu 350 min avro cərimələyib. Beləliklə, bu cəza Münhen klubunun tarixində record olub. Əvvəllər ən böyük cərimə 2012-ci ildə Aryen Robbenlə davaya görə 50 min avro ödəyən fransız Frank Riberiyə kəsilib.

Eyni zamanda qeyd edilir ki, Mane üçün bu cəzanın dayandırılması ehtimalı var. Hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün baş tutacaq "Mançester Siti" ilə oyunda iştirak edə biləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Oxşar yazılar