Yurgen Klopp
26 dekabr 2020 19:15 (UTC +04:00)

Yurgen Klopp

Klopp “Liverpul”dan ayrıla bilmə səbəbini AÇIQLADI

“Liverpul” un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın “Real” Madridə keçməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən, İngiltərə klubundakı gələcəyi ilə bağlı fərziyyələr də səsləndirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun “Liverpul”dan gedə biləcəyinə yeganə səbəb hava şəraiti ilə bağlıdır.

“İstəsək, hamımız başqa bir şey axtara bilərdik. Ancaq bu anda mənim üçün “Liverpul”dan ayrılmağın tək səbəbi hava şərtidir. Bu, dünyanın ən böyük klublarından biridir. Pul ödəyirik. Bəlkə də dünyanın ən böyüyü deyil, amma ödəyirik. Əla stadionumuz və çox yaxşı azarkeşlərimiz var. Klub ən gözəl qırmızı rəngə sahibdir, bəs bunun səbəbi nə ola bilər?

İnsanları qalmağa məcbur edə bilməzsiniz. Futbolçu getmək istəsəydi, qarışmazdıq. Sadəcə, birinin nəyə görə ehtiyac duya biləcəyini anlamıram”, - almaniyalı mütəxəssis deyib.

Xatırladaq ki, Klopp “Liverpul”a 2015-ci ildən rəhbərlik edir. Komanda onun rəhbərliyi ilə Çempionlar liqasının qalib olub, İngiltərə çempionluğunu, Dünya Klub çempionatını və UEFA Superkubokunu qazanıb.

“Liverpul” bu mövsümdə İngiltərə Premyer-liqasında liderdir, 14 oyunda 31 xal toplayıb.

# 1683
avatar

Oxşar yazılar