Rusiya Premyer-liqasının klubu “Krılya Sovetov”un keçmiş futbolçusu Denis Kovba 42 yaşında vəfat edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Samara klubnun saytında məlumat yayılıb.
Futbolçunun həyat yoldaşı Nadejdanın sözlərinə görə, Kovba koronavirusa yoluxandan sonra ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Kovba “Krılya Sovetob”un heyətində 260 oyun keçirib, 8 qol vurub. O, komanda ilə birlikdə Rusiya çempionatının bürünc medalını qazanıb. Kovba bir müddət “Ximki” komandasında da oynayıb.
2012-ci ildə futbolçu karyerasını başa vurub.