Karyerasını başa vurandan sonra  futbol klubu   alacaq?
08 iyun 2023 15:49 (UTC +04:00)

Karyerasını başa vurandan sonra futbol klubu alacaq?

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerasını başa vurduqdan sonra futbol klubu almaq ehtimalını dəyərləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ronaldo karyerasının iki və ya üç ilinin qaldığını qeyd edib. “İndi özümə daha yaxşı qulluq etmək daha vacibdir. Bundan sonra futbol klubumun olacağını istisna etmirəm. İstərdim ki, futbol klubum olsun”.

Portuqaliyalı 2022-ci il dekabrın 30-da “Əl Nəsr”ə keçib. Hücumçunun müqaviləsi iki illikdir. Onun klubdakı maaşı ildə 200 milyon avrodur ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edir.

Ronaldo beşqat “Qızıl top”un sahibidir. Onun Çempionlar Liqasında beş qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Portuqaliya millisi ilə birlikdə futbolçu 2016-cı ildə Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

# 1947
avatar

Oxşar yazılar