Füzuli Musayev və  Rafael Ağayev
29 sentyabr 2021 10:15 (UTC +04:00)

Füzuli Musayev və Rafael Ağayev

Karate üzrə 2 qat dünya çempionu “Tərəqqi” medalı ilə təltif olundu

Karate üzrə ikiqat dünya çempionu “Tərəqqi” medalı ilə təltif olunub.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, daim idmana və gənclərin sağlam ruhda yetişməsinə öz töhvəsini verən karate idman növü üzrə iki qat dünya çempionu, Avropa çempionu, 8-ci dan qara kəmər sahibi , Azərbaycan Karate Federasiyaları Assosiyasiyasıının 1-ci vitse prezidenti, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adlarının sahibi, Azərbaycanın əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə ilk SSRİ çempionu və idman ustası, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Azərbaycan Karate Federasiyaları Assosiyasiyasıının 1-ci vitse prezidenti Füzuli Musayev

O, həm Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etmiş, bununla yanaşı həmdə beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nəaliyyətlər qazanan bir sıra idmançılar hazırlayaraq dövlətimizə gələcəyin çempionlarını yetişdirib. Məhz bu idmançılardan biri də uşaqlıq yaşından Füzuli Musayevin tələbəsi, 5 qat dünya çempionu, 13 qat Avropa, ,Avropa və İslam oyunlarının qalibi, ölkımizdə ilk dəfə olaraq karate üzrə Olimpiya oyunlarının gümüş medalçısı və “Qara briliant” ləqəbli Rafael Ağayevdir.

“Qara briliant” ləqəbli Rafael Ağayev

Füzuli Musayev Azərbaycan idmanında göstərdiyi peşəkarlıq fəaliyyətinə, ölkəmizin idmançılarının karate idmanı üzrə beynəlxalq yarışlarında layiqincə təmsil edilməsinə, zəhmətinə və digər nəaliyyətlərinə görə ölkə rəhbərliyi tərəfindən dəfələrlə layiqincə qiymətləndirilib. O, cənab prezidentin 2015-ci ildə “Fəxri diplomu” və 2021-ci ildə “Tərəqqi medalı” ilə təltif edilib.

Füzuli Musayev hal-hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq klubuun rəisi kimi əməkdaşların fiziki hazırlığı və peşəkarlığının artırılması, idmançıların yetişdirilməsi sahəsində fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4226

Oxşar yazılar

Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52
Millimiz Qazaxıstanı məğlub etdi

Millimiz Qazaxıstanı məğlub etdi

6 iyun 2025 , 21:23
“Mançester Yunayted”in transfer təklifi rədd edildi

“Mançester Yunayted”in transfer təklifi rədd edildi

6 iyun 2025 , 19:17
"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası  verildi

"Arsenal"ın gənc oyunçusuna 4 il həbs cəzası verildi

6 iyun 2025 , 14:34