Aram Nikolyan polis idarəsini tərk edib.
Lent.az xəbər verir ki, o, polis idarəsinin qarşısında kütlə tərəfindən alqışlarla qarşılanıb.
Vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir ittiham irəli sürülməyib.
***
23.49
Aram Nikolyan polis idarəsinə aparılıb.
Lent.az xəbər verir ki, hazırda o, İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsindədir.
İdarənin qarşısına Nikolyanı dəstəkləyənlər toplaşıb.
***
22.56
İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran şəxs məlum olub.
Lent.az-ın xəbərinə görə, bayrağı yandıranın dizayner Aram Nikolyandır.
Lakin yanan bayraq tezliklə yenisi ilə əvəz edilib.