"İnter" Romelu Lukakunu geri qaytara bilməyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Milan klubu ötən yay heyətindən ayrılan belçikalı hücumçunu yenidən heyətində görmək istəyir.
Bununla belə, italyanlar forvard almaq istəmirlər. Bunun əvəzinə “neradzurri” 29 yaşlı belçikalı futbolçu üçün 5 milyon avro və mövsümün sonuna qədər icarə təklif edib.
Eyni zamanda, jurnalist Fabritsio Romanonun sözlərinə görə, londonlular belə bir təklifə qətiyyən razılaşmayıb və onlar bunu rədd ediblər. Tərəflərin danışıqları davam etdirəcəyi gözlənilir.