Rusiyanın Krasnoyarsk vilayətində xokkeyçilərin ataları məşqçini döyüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, ötən gün axşam saatlarında “Yenisey” buz arenasında 2008-2009-cu il təvəllüdlü gənc xokkeyçilər arasında bando turniri keçirilib.
Matç başa çatdıqdan sonra məşqçi övladları komandaya cəlb olunan iki ata ilə mübahisə edib. Valideynlər kouçinq işindən və mentorun övladlarına qarşı qərəzli münasibətindən narazılıqlarını kobud şəkildə bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “söhbətdən” sonra məşqçi tibb müəssisəsinə müraciət edib. Krasnoyarsk polisinin növbətçi hissəsinə 46 və 42 yaşlı iki kişi gətirilib.
Araşdırma aparılır.