Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən son nümayəndə heyəti Vətənə qayıdıb.
APA TV-nin məlumatına görə, Milli Olimpiya Komitəsi, gənclər və idman nazirliyinin rəsmiləri və idmançıları Hava Limanında azarkeşlər qarşılayıb.
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev bildirib ki, 7 medalın qazanılması indiki vəziyyətdə uğur hesab olunmalıdır:
Qeyd edək ki, Azərbaycan millisi Olimpiadada 3 gümüş, 4 bürünc medal qazanıb. Komandamızın heyətində karateçilər İrina Zaretska (+61 kq) ilə Rafael Ağayev (75 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) gümüş, cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) və qadın güləşçi Mariya Stadnik isə (50 kq) bürünc mükafata yiyələnib.