Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan idmançılarımız bu ölkəni tərk ediblər.
Lent.az “Sputnik Armenia”ya istinadla bildirir ki, bu barədə Ermənistanın idman nazirinin müavini Karen Qiloyan açıqlamasında bildirib.
“Azərbaycan idmançıları artıq Ermənistan sərhədini keçiblər”, deyə erməni nazir müavini qeyd edib.
Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Hadisə ilə əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib.