Hüseynov və Dominqesdən  QƏLƏBƏ
08 may 2023 20:35 (UTC +04:00)

Hüseynov və Dominqesdən QƏLƏBƏ

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb. 

Federasiyadan Lent.az-a verilən məlumata görə, mundialın 8-ci günündə yığma üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib.

Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib. 

Hüseynov 1/8 finalda Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək. Görüş mayın 9-da keçiriləcək. 

Dünya çempionumuz Alfonso Dominqes (86 kq) də çıxışını qələbə ilə başa vurub. O, Bill Makallisterə (Avstraliya) 5:0 (30:26, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. 

Dominqesin növbəti döyüşü mayın 10-da olacaq. 

Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda yarışla vidalaşıblar. Onlar müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzublar. 

Qeyd edək ki, mundialın 9-cu günündə Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq. Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar