Həbib yenidən idmana qayıdır
07 aprel 2023 11:57 (UTC +04:00)

Həbib yenidən idmana qayıdır

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov idmana qayıtmağa eyham vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, sosial şəbəkədə daha əvvəl karyerasını başa vurmuş rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü qaçış zolağında məşq etdiyi videonu yayıb.

“İyul ayına qədər hazır olmalıyam. MMA deyil", deyə Nurməhəmmədov videoya şərh yazıb.

Qeyd edək ki, Nurməhəmmədov bir müddət öncə idmandan uzaqlaşdığını açıqlayıb. O, MMA-da 29 döyüş keçirib və hər birində qalib gəlib. O, son döyüşünü 2020-ci ilin payızında amerikalı Justin Qeyzceni məğlub edərək keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar