“Napoli”nin gürcü futbolçusu Xviça Kvaratsxeliyanın şərəfinə yeni doğulmuş uşağa onun adı qoyulub.
Lent.az xəbər verir ki, Neapol sakinlərindən biri dünyaya göz açmış oğlunu Daniele Xviça adlandırıb.
Maraqlısı isə ondadır ki, uşağın atası da vaxtı ilə klubun əfsanəvi futbolçusu Dieqo Armando Maradonanın şərəfinə adlandırılıb.