Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatının qalibi olub.
Lent.az-ın məlumatına görə, Əliabbas 57 kq çəki dərəcəsində türkiyəli Süleyman Atlıya 10:2 qalib gəlməklə bu yarışın Avropa çempionu olan ilk azərbaycanlı idmançısı adını qazanıb.
Xatırladaq ki, o, ötən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş analoji yarışda finalda uduzaraq gümüş medalla kifayətlənmişdi.