Çin futbolunda qeyri-adi hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, Super Liqa klubu “Hibey” aşağı yaş qrupu üzrə komandalarının hamısına məcburi məzuniyyət verib.
Buna səbəb isə klubun məşq bazasının işıq pulunu ödəyə bilməməsidir: “Məlum səbəblərdən bazanın işıq pulunu ödəyə bilmirik. Xərcləri qarşılamaq məqsədilə 12, 13, 16 və 17 yaşadək komandaların oyunçuları noyabrın 3-dən etibarən məzuniyyətə buraxılacaq”.
Ciddi maliyyə böhranı yaşayan “Hibey”in dekabrda start götürəcək yeni mövsümə qatılıb-qatılmayacağı bəlli deyil. Adıçəkilən klubun fəaliyyətini dayandırması gözlənilir.