Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı
Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbuat konfransında bir dəsmalda görünüb.
Pedersen oyunçulara turnirin qrup mərhələsinə düşə biləcəkləri halda soyunacaqlarını vəd edibmiş.
Avropa Liqasının pley-off mərhələsinin son turunda Belçika klubu Kiprin “Omoniya”sını məğlub edib. İki oyundan sonra hesab 4:4 olub. “Anyverpen” onbirmetrlik zərbələri daha dəqiq (3:2) yerinə yetirib.
Pedersen “Antverpen”ə 2021-ci ildən başçılıq edir. Danimarkalı futbolçu kimi “Brüqqe”, “Genk” və digər klublarda oynayıb.