Özbəkistan çempionatının altıncı turunun “Bunyodkor” – “Nasaf” matçından sonra paltardəyişmə otağında dava baş verib.
Lent.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.
Davada 50-yə yaxın şəxs - hər iki komandanın futbolçuları, məşqçilər korpusu və klub əməkdaşları iştirak edib.
Milli Qvardiyanın nümayəndələri vəziyyəti sakitləşdirə biliblər.
Əsas vaxt 1:1 hesabı ilə başa çatsa da əlavə vaxtda "Bunyodkor" qalib gəlib.