"Çelsi"nin müvəqqəti baş məşqçisi Frenk Lempard London klubunun rusiyalı milyarder Roman Abramoviçə məxsus olduğu bir vaxtda baş verən tez-tez məşqçi dəyişikliyindən danışıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 44 yaşlı ingilis rusiyalı iş adamı Roman Abramoviçin yanaşmasının bir vaxtlar ona çoxlu kuboklar bahasına başa gəldiyini deyərək, “Çelsi” sahiblərini klubun menecerlərini işə götürmək və işdən çıxarmaq mədəniyyətinə son qoymağa çağırıb.
“Mən həmişə mütəmadi olaraq məşqçi dəyişən komandanın üzvü olmuşam. Geriyə baxanda böyük uğur qazandığımı söyləmək asandır. Üç çempionluq qazanmışam. Amma gərək beş-altı qələbə qazanardım. Mənə elə gəlir ki, daha çox ardıcıllıq, eyni istiqamətdə hərəkət edə bilsək, ola bilərdi. Düşünürəm ki, belə də olmalı idi", - Lempard deyib.
Abramoviç "Çelsi"ni 2003-cü ildə alıb. Klub 19 ilə yaxın onun nəzarətində olub və bu müddət ərzində "Çelsi" 13 məşqçi dəyişib. Onlardan 9-u London klubunda Frank Lempardın çıxışı zamanı dəyişib.