Fransada dünya kubokunun mərhələ yarışları ləğv edildi - ruslara görə
01 aprel 2023 04:09 (UTC +04:00)

Fransada dünya kubokunun mərhələ yarışları ləğv edildi - ruslara görə

Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.

Lent.az xarici mətbuata istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

Xatırladaq ki, rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası da eyni səbəbdən Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv etmişdi.

# 1479
avatar

Oxşar yazılar