"Formula 1" komandası MƏHKƏMƏYƏ VERİLDİ
04 aprel 2023 21:04 (UTC +04:00)

"Formula 1" komandası MƏHKƏMƏYƏ VERİLDİ

"Formula 1"də mübarizə aparan “Vilyams” komandası xoş olmayan vəziyyətlə üzləşib.

Lent.az xəbər verir ki  ROKiT şirkəti Britaniya komandasını məhkəməyə verib.

Kompaniyanın iddiasına görə, "Vilyams” rəhbərliyi onları aldadıb. Britaniyalı funksionerlər şirkət rəhbərliyini əmin ediblər ki, onlar üçün müəyyən qədər vəsait xərcləyəcəkləri halda rəqabətədavamlı komandaya çevriləcəklər. Halbuki, onlar bu vəsaitin də kifayət etməyəcəyini bilirmişlər.

Sonradan məsələdən xəbərdar olan ROKiT “Vilyams”la müqaviləyə xitam verib. İndi onlar məhkəmə vasitəsilə Britaniya təmsilçisindən 149 milyon dollar təzminat tələb edir. “Vilyams” isə koronavirusa görə yarışların dayandırıldğını və nəticədə planın baş tutmadığını iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar