“Ferrari” Azərbaycan Qran-Prisinə yeni diffuzor gətirəcək
06 aprel 2023 22:01 (UTC +04:00)

“Ferrari” Azərbaycan Qran-Prisinə yeni diffuzor gətirəcək

2023-cü il mövsümünün başlanğıcında, “Ferrari” pilotlarının ilk üç mərhələdə Formula 1-in podiumuna bir dəfə olsun belə çıxmaması kimi problemlər İtaliya komandasını “SF-23” bolidi üzərində yenilikləri aktivləşdirməyə məcbur etdi. Mövsümün ortasınadək yeni detalların azı üç, ya da bütün dörd paketi hazır olacaq.

Lent.az xəbər verir ki, İtaliyanın “Motosport” redaksiyasının yaydığı məlumata görə, “Ferrari” Bakıya yenilənmiş alt hissə və diffuzor gətirəcək. Komanda İmolada, Emiliya-Romanya Qran-Prisində arxa asmanı yeniləyəcək, Barselonada – İspaniya Qran-Prisində isə “Red-Bull” yeni a-lya pontonlarında ilk dəfə çıxış edəcək. İstisna deyil ki, Mayami Qran-Prisində də kollektiv məhz şəhər trasında bolidin sürətinin artırılmasına tuşlanan bəzi yeniliklər hazırlayır.

Jurnalistlər qeyd edirlər ki, birincisi, yeni detalların effektivliyi, ikincisi isə ehtiyat hissələri silsiləsinin istehsalı və Maranellodakı zavodda yeni detalları buraxmaq üçün fiziki imkanlar nəzərə alınmaqla yeniliklərin təqdim olunacağı tarixlər dəyişdirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar