Səudiyyə Ərəbistanı hökuməti yerli futbol çempionatına ciddi investisiyalar qoymağı planlaşdırır.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ərəb ölkəsinin rəhbərliyi ilk dördlükdə yer alan klubun hər birinin öz super ulduzunun olmasını istəyir. “Əl-Nəsr”də artıq portuqaliyalı hücumçu Kriştiano Ronaldo var. “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli”nin güclənməyə ehtiyacı var.
"Əl-Hilal" PSJ-nin hücumçusu Lionel Messi ilə maraqlanır. Klub ona İspaniya "Barselona"sından qat-qat yaxşı müqavilə təklif etmək istəyir.
"Əl Əhli" "Real"ın yarımmüdafiəçisi Luka Modriçi transfer etməyə hazırlaşır, lakin o, “Kral klubu” ilə müqaviləsini 2024-cü ilə qədər uzatmağa hazırlaşır.
"Real"ın hücumçusu Kərim Benzema "Əl İttihad"a keçə bilər. Fransız artıq Səudiyyə Ərəbistanı komandasının rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edib, lakin keçmək təklifini rədd edib.