Əfsanəvi qapıçı prezident seçkilərində  məğlub oldu
02 may 2023 12:17 (UTC +04:00)

Əfsanəvi qapıçı prezident seçkilərində məğlub oldu

Əfsanəvi qapıçı Xose Luis Çilavert Paraqvayda keçirilən prezident seçkilərində 0,7 faiz səs toplayaraq məğlub olub. 

Lent.az bildirir ki, bu barədə “TyC Sports” məlumat yayıb.

Aprelin 30-da Paraqvayda prezident seçkiləri keçirilib. 57 yaşlı keçmiş futbolçunun lehinə 21 623 nəfər səs verib ki, bu da ona 13 namizəd arasında beşinci yeri tutmağa imkan verib. Seçkilərdə Santyaqo Penya qalib gəlib.

Xose Luis Çilavert futbol tarixində ən çox qol vuran ikinci qapıçı kimi tanınır. Peşəkar karyerası ərzində 67 qol vurub. Avropada o, İspaniyanın “Saraqosa” və Fransanın “Strasburq” klublarında çıxış edib. O, Paraqvay millisində də 78 oyun keçirib.

2005-ci ildə futbolçu karyerasını bitirdikdən sonra Çilavert Paraqvayda ictimai və siyasi fəaliyyətə başlayıb. O, ilk dəfə olaraq 2020-ci ildə ölkəsinin prezidentliyinə namizədliyini irəli sürmək istədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar