Almaniyada ənənəvi olaraq Bonnda keçirilən Qılıncoynatma üzrə Dünya Kuboku mərhələsi ruslar və belarusların yarışa buraxılması səbəbindən ləğv edilib.
Lent.az bildirir ki, bu barədə “Süddeutsche Zeitung” məlumat yayıb.
Mənbənin məlumatına görə, yarışın təşkilatçıları Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmasına etiraz olaraq mərhələni ləğv etmək qərarına gəliblər.
Maraqlıdır ki, bu, bu səbəbdən ləğv edilən ilk turnir deyil - əvvəllər Tauberbişofshaym şəhərində qadınlar arasında qılıncoynatma üzrə dünya kubokunun ləğvi qərara alınmışdı.
Bonnda dünya kuboku mərhələsi noyabrın 10-dan 12-dək keçirilməli idi və tarixdə 50-ci olacaqdı. Ötən il Bonnda keçirilən yarışlarda 48 ölkədən 250-dən çox idmançı iştirak etməli idi.
Xatırladaq ki, Beynəlxalq Qılıncoynatma Federasiyası 2023-cü ilin martında Rusiya və Belarus idmançılarını beynəlxalq yarışlara qaytarmaq qərarına gəlib.