Rusiyanın lüks brendi “Caviar” “iPhone 14 Pro”nun iki dizayn modelini – “The Great və The Iconic”i təqdim edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, təxminən 25 min dollar dəyərində olan “The Great” modeli Qətərdə keçirilən dünya çempionatının ən yaxşı oyunçusuna veriləcək.
“Caviar”ın saytında bildirildiyi kimi, hər iki telefon məhdud sayda buraxılacaq. Üstünlük simvolu olan xalis 24K qızılla örtülmüş cəmi 22 ədəd “The Great” smartfonu olacaq və bu rəqəm oyunda iştirak edən oyunçuların sayına aiddir.
Bu smartfonlardan biri, yuxarıda qeyd edildiyi kimi, çempionatın təşkilatçılarının ən yaxşı kimi tanıdığı oyunçuya veriləcək.
“Caviar”ın baş direktoru Sergey Kitovun qeyd etdiyi kimi, o, futbolun böyük pərəstişkarıdır, lakin ən yaxşı oyunçu şəxsən bəyənmədiyi oyunçu olsa belə, ona smartfon hədiyyə etməkdən məmnun olacaq, çünki idmanda əsas şey “dürüstlük və qərəzsizlik”dir.
Messi, Mbappe, Neymar, De Bruyne və Ronaldo kimi ulduzların bu il ən yaxşı oyunçu adı və qızılla örtülmüş telefon uğrunda mübarizə aparacağı gözlənilir.“The Iconic”ə gəlincə, o, mövsümün ilk çempionat arenası olan “Lusail Iconic Stadium” üslubunda almaz naxışlı ilk modellə eyni dizaynda hazırlanıb.
Telefonun dizaynı Qətərin tarixi abidələrini bəzəyən ərəb ornamentlərindən götürülüb. Dekor, xüsusi cilalama texnologiyasından istifadə edərək, lakin ikiqat qızıl örtük olmadan aviasiya titanından hazırlanıb. iPhone 14 Pro 128 Gb The Iconic-in qiymətləri 6500 dollardan başlayır.