Qətərdə keçiriləcək klublararası dünya çempionatının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən 2020-ci ilin dekabrından 2021-ci ilə təxirə salınan mundialın matçlarını 7 baş hakim idarə edəcək.
Fevralın 1-dən 11-dək keçiriləcək turnirdə Cənubi Amerika 2, digər qitələr bir referi ilə təmsil olunacaq. Bunlar Mohammaed Abdulla Mohammed (BƏƏ), Maquet Ndyaie (Seneqal), Mario Eskobar (Qvatemala), Edina Alves Batista (Braziliya), Leodan Qonzalez (Uruqvay), Abdelkader Zitouni (Taiti) və Danni Makkeliedir (Niderland).