Keçmiş dünya çempionu, britaniyalı boksyor Əmir Xanın dopinqdən istifadə etməsi sübut olunub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Böyük Britaniya Antidopinq Agentliyindən verilən açıqlamada qeyd olunub. Məlumata görə, qanında anabolik ostarin maddəsinin qadağan edildiyi aşkarlanan 36 yaşlı boksçu 2 il müddətinə bütün idman fəaliyyətlərindən uzaqlaşdırılıb.
Dopinq qaydalarını pozduğunu etiraf edən Xan həmin maddəni qəsdən qəbul etmədiyini deyib. 2022-ci il aprelin 6-dan cəzası başlayan Pakistan əsilli Britaniyalı boksçu 2024-cü il aprelin 5-dək heç bir peşəkar idman tədbirində iştirak edə bilməyəcək.
Karyerasında keçirdiyi 40 görüşdən 34-də qələbə qazanan keçmiş yüngül orta çəkidə dünya çempionu son matçında 6-cı raundda Bruka uduzduqdan sonra, ötən ilin mayında karyerasını başa vurduğunu açıqlamışdı.