“Çelsi”nin baş məşqçisi Frank Lempard bildirib ki, komandanın futbolçuları statuslarından asılı olmayaraq emosiyalarına hakim olmalıdırlar.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis artıq bir neçə dəfə Çempionlar Liqasının qalibi olmuş xorvatiyalı yarımmüdafiəçi Mateo Kovaçiç və “aristokratlar”a yenicə qoşulmuş ukraynalı cinah yarımmüdafiəçisi Mixail Mudriki misal çəkib:
“Əgər narahatsınızsa, meydançaya çıxmayın. Oyunçular əsəbi olmamalıdır. “Çelsi”də oynamaq onlar üçün imtiyazdır. İstər iki Çempionlar Liqasını qazanan Kovaçiç, istərsə də bura yeni gələn Mudrik olsun, hər kəs oynamağa layiq olduğunu sübut etməlidir. Siz bir səbəbə görə buradasınız”.