“Çelsi” Maurisio Poçettino ilə komandanın baş məşqçi postuna mütəxəssis təyinatı ilə bağlı ilk danışıqları aparıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub Tomas Tuçelin qovulmasından sonra da mütəxəssislə müqavilə bağlamaq istəyib. Argentinalı texnik dəqiq cavabı ancaq yayda verəcək.
“Çelsi” hələ də namizədləri öyrənmək prosesindədir. İndi “aristokratlar”ın qısa siyahısında yeddi namizəd var. Bunlar Luis Enrike, Maurisio Poçettino, Lusiano Spaletti, Ruben Amorim, Vinsent Kompani və Abel Ferreyradır.
Xatırladaq ki, ötən gün “Çelsi” keçmiş oyunçusu Frenk Lempardı mövsümün sonuna kimi baş məşqçi təyin etmişdi. 31-ci turdan sonra komanda 39 xalla 11-ci pillədə qərarlaşıb. Şənbə günü londonlular “Brayton”a 1:2 hesabı ilə uduzublar.