"Bavariya"nın keçmiş baş məşqçisi Yulian Naqelsmann "Çelsi"yə rəhbərlik etməkdən imtina edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman mütəxəssis son qərarı verib və artıq danışıqlar aparmır. Bundan əvvəl xəbər verilmişdi ki, bir müddət əvvəl “Bavariya”dan qovulan Naqelsmann bu posta əsas namizəd hesab olunur.
Çempionlar Liqasının 1/4 finalında "Real" ilə iki görüş keçirən "Çelsi" 0:4 hesabı ilə uduzub. Premyer Liqada klub turnir cədvəlində 11-ci yerdədir.